Pakistanda yüksək temperatur 65 nəfərin ölümünə səbəb oldu

pakistanda-yuksek-temperatur-65-neferin-olumune-sebeb-oldu
Oxunma sayı: 1358

Pakistanın Karaçi əyalətində havanın temperaturunun 45 dərəcəyə qədər çatması ölümlərə səbəb olub.

“Qafqazinfo” “Dünya Bülleteni”nə istinadən xəbər verir ki, son üç gündə əyalətdə 65 nəfər günvurmadan dünyasını dəyişib.

Ölənlərdən ən kiçiyi 6 yaşında, ən yaşlısı isə 78 yaşında olub.

Yüksək temperaturun 23 maya qədər davam edəcəyi proqnozlaşdırılır.