Pakistandakı seçkilərdə transseksual namizəd - Fotolar

pakistandaki-seckilerde-transseksual-namized-fotolar
Oxunma sayı: 659

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, imam olan atası hələ uşaq yaşlarında Fakiri evdə dustaq kimi saxlayıb. Atası öləndən sonra 15 yaşında qardaşları tərəfindən evdən qovulub. Sənəm bundan sonra transseksual cəmiyyətinin bir üzvü tərəfindən himayəyə götürülür. Daha sonra adını dəyişdirən, saçlarını uzadan, qadın kimi geyinməyə başlayan Sənəm rəqqasə olaraq işləməyə başlayır və fahişəliklə məşğul olur. Qazandığı pullarla tekstil məhsulları almağa qərar verən Sənəm onları qapı-qapı sataraq yeni insanlarla tanış olmaq fürsəti əldə edir.

Bundan sonra öz cəmiyyətindən olan yaşlı insanlar üçün kimsəsizlər evi açır. Hazırda həmin ev, eyni zamanda Sənəm Fakirin seçki kampaniyasını apardığı ofis rolunu da oynayır. Mühafizəkar atanın oğlu olduğunu deyən 1975-ci ildə Essa Gül olaraq dünyaya gələn Sənəm uzun illər hiss etdiyi kimi yaşamamağın acısını çəkdiyini deyir: “Başqaları üçün yaşamağa qərar verdim. Çünki hər kəs özü üçün yaşayır və heç kim başqası üçün fədakarlıq etmir”. Namizədliyini irəli sürməyə onu yaxın ətrafı və yardım etdiyi insanların ürəkləndirdiyini deyir.

Ölkədə namizədliyi irəli sürən 23 min nəfərdən cəmi 7-si Sənəm kimi transgenderdir və heç bir partiyaya üzv deyillər. Onların seçkilərdə qələbə çalmaq şanslarının az olduğu deyilsə də, mayda keçiriləcək seçkilərdə mühafizəkar Pakistanda bir ilkin yaşanacağı da istisna edilmir.