“Pakistandan sonra İslam dövlətləri belə bir addım ata bilər”- Rəy

pakistandan-sonra-islam-dovletleri-bele-bir-addim-ata-biler-rey
Oxunma sayı: 670

Bu sözləri “Qafqazinfo”ya “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, geosiyasi analitik Vüqar Zifəroğlu Pakistan Senatı tərəfindən Xocalı faciəsinin soyqırım faktı kimi qəbul edilməsini şərh edərkən bildirib.

“Ələlxüsus, Pakistandan sonra İslam dövlətlərinin belə bir addım atacağını proqnozlaşdırmaq mümkündür. Nəzərə alsaq ki, Pakistan hər zaman İslam ölkələri işərisində özünəməxsus nüfuzu ilə seçilən bir dövlət olub - məsələn, onun nüvə dövləti olması faktoru - analoji qərarların qəbul ediləcəyinə inanmaq olar.
Xatırlatmaq yerinə düşərdi ki, dünən İndoneziyada İslam Əməkdaşlığı Təşkilatının Parlamentlər Birliyinin toplantısında da Xocalının soyqırım olaraq tanınması ilə bağlı qərarın verilməsi son dərəcə önəmli haldı”- deyə analitik qeyd edib.

Vüqar Zifəroğlu hesab edir ki, bu, faktiki olaraq 51 ölkənin mövqeyini ortaya qoyur. Analitikin sözlərinə görə, eyni zamanda, Türkdilli ölkələrdən də artıq bir xoş xəbər almağın zamanı yetişib.


Elnur Eltürk