Pakistanın yeni prezidenti seçildi

pakistanin-yeni-prezidenti-secildi
Oxunma sayı: 1735

Pakistanın hakim “Tehrik-e-İnsaf” (“Ədalət naminə hərəkat”) partiyasından namizəd olan Arif Alvi ölkənin 13-cü prezidenti seçilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərin rəsmi nəticəsinin bu gün axşam açıqlanacağı gözlənilir. 

Qeyd edək ki, prezident postu uğrunda üç namizəd mübarizə aparırdı. Səsverməni federal parlamentin aşağı və yuxarı palatasının 1174 üzvü və ölkənin dörd əyalətinin qanunverici yığıncaqlarından ibarət olan seçicilər kollegiyası keçirib.