Paltarı bəyənilmədi, işdən qovuldu

paltari-beyenilmedi-isden-qovuldu
Oxunma sayı: 6202

Küveytdə televiziya aparıcısı canlı yayım zamanı işdən qovulub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, aparıcı Amal əl-Avadi şou proqramın ortasında prodüserin təlimatı ilə yayımı yarımçıq kəsərək verilişin sona çatdığını bildirib. 29 yaşlı aparıcı dərhal da işdən azad olunub.

O, açıqlamasında izləyicilərin paltarını bəyənmədiyi üçün şikayət etdiyini bildirib və işdən də bu səbəbdən qovulduğunu deyib. Onun geyiminin Ramazana uyğun olmadığı bildirilib.