“Paltarı əynindən çıxarandan sonra o adı daşımağı bacarasan”- - Video

paltari-eyninden-cixarandan-sonra-o-adi-dasimagi-bacarasan-
Oxunma sayı: 5924

 

“Qafqazinfo” xəbər verir ki, “Mən şou-biznesin dəmir ledisiyəm” deyən əməkdar artist Elza Seyidcahana xalq artisti Aygün Kazımova “Onlar” verilişi vasitəsilə cavab verib. “Elza özünə "dəmir ledi" deyir, qoyun desin. Əsas odur ki, dəmir paltarı əynindən çıxarandan sonra o adı daşımağı bacarasan. Dəmir qadın olmağı və qalmağı bacarmalısan” deyən xalq artisti bunları əlavə edib: 

“1988-ci ildə tacımı qoydum və səhnəyə çıxdım. O gündən etibarən sözümü demişəm. Bir şeyi heç unutmaram: Tofiq Quliyev məni görəndə dedi ki, sən Azərbaycan estradası üçün əsl tapıntısan. Bu sözdən sonra haqqımda deyilənlər məni maraqlandırmır”.

 Xatırladaq ki, Elza Seyidcahan açıqlama verərək bildirib ki, son vaxtlar ona “dəmir ledi” deyərək xitab edirlər: “Biri var ad olsun, biri də var ona əməldə sahib olasan. Mən əməlimlə “dəmir ledi” titulunu qazandım”.