Pambıqçılığa dair müzakirələr başlayıb

pambiqciliga-dair-muzakireler-baslayib
Oxunma sayı: 703

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Jonn Deere şirkəti arasında əməkdaşlıq çərçivəsində aqronomluq fakültəsində pambıqçılıqda müasir texnologiyaların tətbiqinə dair müzakirələrə başlanılıb.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Kənd Təsərrüfatına Dəstək Layihəsi (ASAP) çərçivəsində fəaliyyət göstərən və John Deere şirkətinin dəvəti ilə universitetə gəlmiş aqrobzines üzrə məsləhətçi Corc Melton və aqronom Ceyms Pauel universitetin əməkdaşları ilə pambıqçılıqda qabaqcıl idarəetmə qaydaları, o cümlədən pambıq əkini üçün hazırlıq işləri, toxumların seçilməsi, səpin norması, xəstəlik və zərərvericilərlə mübarizə, suvarma, məhsulun yığılması, çeşidlənməsi və digər texnoloji proseslərə dair bilik və təcrübələrin mübadiləsini aparırlar. 

Üç gün davam edəcək müzakirələrin əsas hissəsi ətraf ərazilərdə pambıqçılıq təsərrüfatlarında aparılmaqla, fermerlərə praktik tövsiyələr verilir, əldə olunan nəticlər ümumiləşdirilir.