Pan Gi Mundan İsrailə- - Çağırış

pan-gi-mundan-israile-
Oxunma sayı: 785


“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, BMT-nin baş katibi İsrailin Şərqi Qüdsdə yaşayış məntəqələrinin genişləndirməsi planını tənqid edərək, baş nazir Benyamin Netanyahunu Fəslətinlə sülh razılığı əldə edilməsi üçün liderlik nümayiş etdirməyə çağırıb.

Bu gün Qüdsdə İsrail lideri ilə görüşən Pan Gi Mun İsrailin Qəzzaya qarşı məhdudiyyətləri yüngülləşdirməsi alqışlasa da, İsrailin fələstinlilərin paytaxt elan etmək istədikləri Şərqi Qüdsdə 2500 yeni evin inşası planına dair narahatlığını bildirib.

BMT-nin baş katibinin regiona səfəri dünya ölkələrinin Qəzzanın yenidənqurması üçün 5,4 milyard dollar vəd etməsindən sonraya təsadüf edir.

Fələstin ərazilərinin böyük hisssi İsrailin Həmasa qarşı 50 günlük müharibəsindən sonra viran qalıb.