Panuççi millidən qovuldu

panucci-milliden-qovuldu
Oxunma sayı: 1936

Futbol üzrə Albaniya millisinin baş məşqçisi Kristian Panuççi istefaya göndərilib. 

“Qafqazinfo” Albaniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Panuççinin istefası Türkiyə millisinə məğlubiyyətdən sonra baş verib.

Yığmanı Andorra millisi ilə keçirəcəyi oyuna müvəqqəti olaraq məşqçilər Ervin Bulku ve Suleyman Mema çıxaracaqlar. 

Martın 22-də Albaniya yığması AÇ-2020-nin seçmə mərhələsinin 1-ci turunda Türkiyə millisinə 0:2 hesabı ilə məğlub olub.