Papa müsəlmənlara müraciət etdi

papa-muselmenlara-muraciet-etdi
Oxunma sayı: 824


"Qafqazinfo" Rusiya KİV-nə istinadən xəbər verir ki, Papa müsəlmanları terrorizm əleyhinə olmağa çağırıb: "Biz kütləvi şəkildə terrorizmin əleyhinə olmalıyıq, o cümlədən, müsəlmanlar da - "Biz belə deyilik. Bu Qurana ziddir" - deməlidilər". 

Üç günlük Türkiyə səfərinin sonunda, təyyarədə çıxış edən Fransisk bildirib ki, terrorizm İslam dinin prinsiplərinə mənfi təsir göstərir və ona görə, ümumidünya müsəlmanlar bunun əleyhinə olmalıdır. Həmçinin o, "bütün müsəlmanlar terrorçudur" deyənləri tənqid edib. 

Qeyd edək ki, Türkiyəyə səfəri çərçivəsində Papa Sultan Ahmet Məscidi ziyarət edib.

Sevda