Papadan qaçqınlar üçün sığınacaq - təklifi

papadan-qacqinlar-ucun-siginacaq
Oxunma sayı: 694


“Qafqazinfo”nun Azərtac-a istinadən verdiyi məlumata görə, dünyanın bürüyən maliyyə böhranı nəticəsində bəzi dini binalardan otel kimi istifadə edilmənin əleyhinə olan pontifik bəyan edib ki, boş monastırlar onu saxlamaq adı altında pul qazanmaq mənbəyinə çevrilib. Bu binalar İsa peyğəmbər kimi qaçqın düşən insanların da evidir.

Papa bu fikirləri İtaliyanın Astelli mərkəzində sığınacaq axtaran qaçqınlarla, o cümlədən Suriyada gedən müharibədən qaçaraq bu ölkəyə pənah gətirən ailələrlə görüşündə səsləndirib.

İnkişaf etmiş ölkələrdə həmrəylik sözünün insanları qorxutduğunu diqqətə çatdıran pontifik kasıb ailələrə yardım göstərilməsinin təkcə mütəxəssislərin deyil, bütün insanların ümumi işi olduğunu bəyan edib.

Katolik kilsələrin başçısı hər il on minlərlə insanın gizli şəkildə gəldiyi Lampeduza adasına da baş çəkib. Orada müvəqqəti məskunlaşan qaçqınlara görüşündə Avropada yaxşı həyat axtarmaq naminə Aralıq dənizini keçməyə cəhd edərkən həlak olan insanların da taleyinə biganə qalmağı qətiyyətlə pisləyib.