Papadan Vatikanın arxivlərini açmaq tələb olunub

papadan-vatikanin-arxivlerini-acmaq-teleb-olunub
Oxunma sayı: 644

İnsan haqları fəalları Papadan Vatikanın 1976-1983-cü illərə aid olan arxivlərini açmağı istəyib. Fəallar həmin dövrdə siyasi məhbusların əllərindən alınmış yüzlərlə körpənin taleyini öyrənmək istəyir. Qrupun lideri Estela de Karlotto hesab edir ki, Roma Katolik Kilsəsi həmin uşaqların məhz hansı ailələrə göndərildiklərini bilməlidir.

Qrupun hesablamalarına görə, həmin illərdə 400-500-ə qədər uşaq öz ailələrindən alınıb və rejimə sadiq olan ailələrə verilib. Belə ki, sonradan 100-ə qədər uşaq öz doğma ailələrini tapa bilib. /deyerler. org/