“Papanı öldürməyimi Xameyni istədi”

papani-oldurmeyimi-xameyni-istedi
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, bu günə qədər papaya sui-qəsdin 107 versiyasını irəli sürən Ağca İran ali dini liderindən tapşırığı Tehrandan aldığını bildirib. O, Xomeyni ilə 1980-cı ilin may ayında görüşdüyünü iddia edib. Ağca yazır ki, Xomeyni ona “Allahın adı üçün Papanı öldürəcəksən” deyib.

Ağca həmçinin qeyd edib ki, Papanın bu əmrdən xəbəri olub və həbsxanada ziyarət edərkən Ağcaya bu barədə kimsəyə danışmayacağı barədə söz verib.