Papaya 1 milyon dollarlıq təklif

papaya-1-milyon-dollarliq-teklif
Oxunma sayı: 1491

Roma Papası Fransiskə 1 milyon dollar qarşılığında veqan olmaq təklif olunub.

“Qafqazinfo” xəbər verir ki, bu təklifi Pol Makkartni, Mobi, aktrisa Mina Suvari kimi ekologiya müdafiəçisi olan məşhurların qoşulduğu Million Dollar Vegan kampaniyası edib.

Katolik kilsəsinin başçısına kampaniya çərçivəsində martın 6-sından aprelin 20-sinə qədər bütün heyvan mənşəli məhsullardan imtina etmək təklif edilib.

Qazanılan milyon dollar isə xeyriyyə işlərinə sərf ediləcək.

Aysel Kərimova