Paralimpiaçılarımız qayıtdı

paralimpiacilarimiz-qayitdi
Oxunma sayı: 640

Sentyabrın 12-də səhər saatlarında onları Heydər Əliyev adına Beynəlxalq Hava limanında yaxınları, İdman və Gənclər Nazirliyinin nümayəndələri, ictimaiyyət üzvləri qarşılayıblar.

Azərbaycan London paralimpiadasında 21 idmançı ilə təmsil olunub və dörd qızıl, beş gümüş və üç bürünc medalla 27-ci sırada yer alıb.

2012-ci il Paralimpiya Oyunlarında 95-i qızıl olmaqla, ümumilikdə 231 medal qazanan Çin birinci, 36-sı qızıl olmaqla 102 medalla Rusiya ikinci, 34-ü qızıl olmaqla 120 medalla İngiltərə üçüncü olub.

Bundan əvvəl keçirilən XXX Yay Olimpiya Oyunlarında 53 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl, 2 gümüş, 6 bürünc medalla 79 ölkə arasında 30-cu olub.