Paraqvaylı futbolçu 4-cü dəfə Azərbaycana gəldi

paraqvayli-futbolcu-4-cu-defe-azerbaycana-geldi
Oxunma sayı: 1120

“Keşlə” qış fasiləsində növbəti transferini rəsmiləşdirib. “Qafqazinfo” xəbər verir ki,  Bakı klubu paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli ilə müqavilə bağlayıb. 27 yaşlı legionerlə cari mövsümün sonunadək anlaşma imzalanıb.

Sezar 2013-2016-cı illərdə “İnter”də (hazırkı "Keşlə”) çıxış edib. O, son olaraq ölkəmizdə ötən mövsüm "Zirə"nin formasını geyinib. Bu onun Azərbaycana 4-cü gəlişidir. Sezarın qardaşı Derlis Meza Kolli isə "Neftçi"nin yarımmüdafiəçisidi.
 
Xatərladaq ki, Sezar "Keşlə"nim qış fasiləsində sonuncu, 9-cu transferi olub.