“Pariji, Londonu yandırıb yaxaram”

pariji-londonu-yandirib-yaxaram
Oxunma sayı: 1438


 “Kimisə günahlandırmaq istəmirəm. Amma mahnı artıq saytlarda olandan sonra onu kliplə təqdim etməyin mənası qalmadı, ona görə də radiolara da verdik, yeni il proqramlarında da bunu ifa etməyə qərar verdim. Düşünürəm ki, bu klip bayram-əhval ruhiyyəsi yaratmalıdır. Bu sözlərdə istehza, zarafat, sevginin şıltaqlığı var. Pariji, Londonu yandırıb yaxaram, Dərvişi çağıraram, dünyanı dağıdaram. Bəzən gənclər məhəbbətdə çox acılar, ağrılar çəkir, sevincini, kədərini qabarıq yaşayır. Bütün hissləri sanki çılpaq olur. Məhəbbət əslində sevinc deməkdir, baxmayaq ki, bəzən gənclər kədər kimi qəbul edir. Sonradan biz başa düşürük ki, aşıq olmaq, həsrət çəkmək xoşbəxtlik imiş. Klip çəkilişləri 2014-cü ilin ilk ayında baş tutacaq”.