Paris Hilton ərə gedə bilmədi

paris-hilton-ere-gede-bilmedi
Oxunma sayı: 2096

Məşhur Hilton ailəsinin varisi, model Paris Hilton və 10 aylıq nişanlısı, aktyor Kris Zilka ayrılıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cütlük bir neçə gün bundan əvvəl münasibətlərinə son qoymaq barədə qərar veriblər. 

Ötən gündən etibarən isə Amerika mətbuatı 37 yaşlı modellə 33 yaşlı aktyorun ayrılma xəbərini yayıb. Onların bu addımının təfərrüatı isə bilinmir. 

Qeyd edək ki, cütlük iki il əvvəl “Oksar”ın tədbirində tanış olmuş, bu ilin yanvar ayında nişanlanmışdılar.