“Paris teraktlarının səsi” öldürüldü - Foto

paris-teraktlarinin-sesi-olduruldu
Oxunma sayı: 1286

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyanın Baqhuz bölgəsində aviazərbələri nəticəsində İŞİD terror təşkilatının üzvü Fabien Kleyn məhv edilib.

“Qafqazinfo” “France Inter” nəşrinə istinadən xəbər verir ki, 2015-ci ilin noyabrındakı hadisələri törətmiş “Paris teraktlarının səsi” (O, səs qeydlərində İŞİD döyüşçülərini terror aktına görə məsuliyyəti öz üzərlərinə götürməyə çağırıb) kimi tanınan terrorçu Fransa hökumətinin tələbi ilə İnterpol tərəfindən axtarışa verilmişdi.

Xatırladaq ki, Fransa paytaxtında baş vermiş bir neçə terror hücumu nəticəsində 125 nəfər həyatını itirmişdi.