Parisdə 3 nəfəri girov götürən şəxs saxlanıldı - Fotolar + Yenilənib

parisde-3-neferi-girov-goturen-sexs-saxlanildi
Oxunma sayı: 1970

Fransanın paytaxtı Parisdə türklərin yaşadığı Petites Ekures küçəsində silahlı şəxs 3 nəfəri girov götürüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis cəlb edilib.

Hazırda bölgəyə giriş bağlanıb. Ərazi nəzarətə götürülüb.

Silahlı şəxs polislərə İranın Parisdəki səfiri ilə görüşmək istədiyini bildirib.

***

Polisin keçirdiyi əməliyyat nəticəsində girovlar xilas edilib.

Silahlı şəxs isə saxlanılıb. Onun şəxsiyyəti və milliyəti hələlik açıqlanmayıb.