Parisdə 990, Qəbələdə isə 1100 manat

parisde-990-qebelede-ise-1100-manat
Oxunma sayı: 1668


Turizm baxımından bu ilki yay mövsümü Türkiyədə baş verən hadisələrlə bağlı Azərbaycandan bu ölkəyə gedənlərin sayının 40 faiz azalması ilə yadda qaldı. Amma təəssüf doğuran odur ki, qardaş ölkədə dincəlməkdən vaz keçən həmyerlilərimizin çoxu istirahət üçün respublikanın bölgələrinə deyil, xarici ölkələrə üz tutur. Bu il həmin ölkələrin siyahısına yeniləri də əlavə edilib.

Vətəndaşların xaricdə istirahəti üstün tutması Azərbaycanın turizm mərkəzlərindəki qiymətlərin yüksək, servisin isə aşağı olması ilə bağlıdır.

Məsələn, bir həftə istirahət etmək istəyən şəxs aviabilet, otel, transfer, sıgorta və yemək xərcləri də daxil olmaqla, Parisdə 990, Sofiyada 700, Çexiyanın paytaxtı Praqada 650 manata dincələ bilər.

Azərbaycanın bəzi bölgələrinin turizm obyektlərində bir həftəlik dincəlməyin qiymətləri Lənkəran, Lerik rayonlarında 1000, Masallıda 630, Şəki, Zaqatalada 800, Qəbələdə 1100, şimal rayonarında isə təxminən 400 manatdır. /azadliq.info/