Parisdə Makrona qarşı aksiya - Foto

parisde-makrona-qarsi-aksiya
Oxunma sayı: 862

Fransanın paytaxtı Parisdə ölkə başçısı Emanuel Makronun yürütdüyü siyasətə qarşı aksiya keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata əsasən, etirazçılar aksiya zamanı ətrafdakı bankların və maqazinlərin vitrinlərini qırıblar.

Nümayişə prezidentin sosial-iş sahəsində apardığı islahatlar səbəb olub.

Polis aksiyanı dağıtmaq üçün gözyaşadıcı qazdan istifadə etməli olub.