Parisdə musiqi qrupuna etiraz etdilər, çaxnaşma düşdü - Video

Parisdə musiqi qrupuna etiraz etdilər, çaxnaşma düşdü
Oxunma sayı: 44

Dünən Konqolu musiqi qrupu “Heritier Vatanabe”nin Parisdə verdiyi konsertdən öncə hadisə baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup şəxs qrupun səhnəyə çıxmasına mane olmaq istəyiblər və bu zaman polislə etirazçılar arasında çaxnaşma düşüb.

Paris Opera meydanında 200-ə yaxın etirazçı “Konqoda insanlar ölür, amma onlar burda konsert verir” deyərək konsertin dayandırılmasını istəyiblər.

Etirazçılar zibil qutularını və bir neçə avtomobili yandırıblar.

Polisin müdaxiləsindən sonra 3 nəfər saxlanılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi