Parisdə Şahin Növrəsli konserti - Fotolar

parisde-sahin-novresli-konserti
Oxunma sayı: 1403

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin dəstəyi ilə 20 may tarixində Parisdə konsert keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hazırda ömrünün 86 yaşında olan amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camal postbop caz musiqi janrının canlı əfsanələrindən biridir. O, caz mərkəzi olan Parisdə xüsusi populyarlıq qazanmış və “L’Olympia” və “Salle Pleyel” də daxil olmaqla Parisin bütün əsas konsert zallarında konsert proqramı ilə çıxış edib.

“Festival Jazz à St-Germain-des-Prés Paris” caz festivalının təşkilatçıları Əhməd Camala ifa üçün bir pianoçunu seçmək imkanını yaradıblar. Bu şərəfə azərbaycanlı caz musiqiçisi  Şahin Növrəsli layiq görülüb. Bu, əvvəllər digər üç ekstraordinar azərbaycanlı caz pianoçusuna – İsfar Sarabski, Emil Əfrasiyab və Elçin Şirinova  sponsorluq etmiş təşkilat tərəfindən əsası qoyulmuş ənənənin davamıdır.

Şahin Novrəsli “Emanation” adlı ikinci albomunu təqdim edib. “Bayatı” adlı birinci albomundan sonra Şahinin ərsəyə gəlmiş ikinci albomu Əhməd Camalın həmprodüsserliyi ilə Parisdə yazılıb.

Konsert zamanı Şahin, öz kompozisiyaları və Azərbaycan müsiqisinin variasiyalarından ibarət geniş spektrli əsərlər ifa edib. Açılış üçün ifa etdiyi birinci parça “Stella By Starlight” olub. 

“Festival Jazz à St-Germain-des-Prés Paris” caz festivalında Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasıyev iştirak ediblər. 

Şahin Növrəsli şəxsi saytına www.shahinnovrasli.com və “Emanation” albomunu sifariş etmək üçün bu səhifəyə keçin http://bit.ly/emanationnovrasli.