Parisdə Trampa etiraz etdilər

parisde-trampa-etiraz-etdiler
Oxunma sayı: 1475

Fransanın paytaxtı Parisdə Birinci Dünya Müharibəsinin başa çatmasının 100-cü ildönümü ilə bağlı keçirilən tədbirə 47 dövlət və 23 hökumət rəhbəri qatılıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Parisdə səfərdə olan ABŞ prezidenti Donald Tramp müxtəlif ölkələrin vətəndaşları tərəfindən etirazla qarşılanıb.

Etiraz aksiyasında Tramp Orta Şərq və Afrikadakı ölkələrdə problem yaratmaq və silah sataraq bir çox dövlətin rahatlığını pozmaqda ittiham edilib.

Etirazçılar ABŞ-ın Fələstin probleminin həllinə mane olduğunu, İsraili dəstəklədiyini bildirərək Yəmənə silah satışının və Suriyada qətliamın dayandırılmasını tələb ediblər.

Bundan başqa, etirazçılar Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin kimi liderlərə qarşı da şüarlar səsləndirərək onları sülhü təmin etmədiklərinə görə tənqid ediblər.