Park Bulvarda Milli Mətbuat Günü - Fotosessiya

park-bulvarda-milli-metbuat-gunu-fotosessiya
Oxunma sayı: 674

“Qafqazinfo”nun məlumatına görə, jurnalistlər əvvəlcə boulinq turnirində güclərini sınayıblar, sonra isə filmə baxıblar. Boulinq yarışında beş nəfər yazılı KİV, beş nəfər isə elektron medianın təmsilçisi komanda halinda yarışıblar. Gərgin mübarizənin birincisi "İnterfax" Agentliyinin müxbiri Anar Əzimov, ikincisi "SPACE"-nin aparıcısı İdris Cəfərov, üçüncüsü isə "525-ci qəzet”in təmsılçisi Rufik İsmayılov olub. Qızlar arasında ən çox bal topladığına görə isə, APA İnformasiya Agentliyinin mədəniyyət müxbiri Ülkər Rəşidqızı mükafatlandırılıb. Mükafatları Park Bulvarın yeni PR meneceri Günay Malikqızı təqdim edib.

Birinci yerin qalibi “VanLaack”, ikinci “Segue”, üçüncü isə “Debenhams” mağazalarından hədiyyə qazanıblar. Filmin nümayişi daim iş başında olan qələm əhlinə xoş anlar yaşadıb. “Park Cinema” da 50-ə yaxın jurnalist bayramlarını həmin gün nümayişə çıxarılan “Lari Kraun” filminə baxmaqla daha da maraqlı ediblər.

Nigar Məmmədli