“Park Cinema” “Kral Şir”in axşamına hazırlaşır

park-cinema-kral-sirin-axsamina-hazirlasir
Oxunma sayı: 2776

Düz 25 il bundan əvvəl  “Kral Şir” cizgi filmi bütün dünyada milyonlarla pərəstişkarların ürək və ağlını fəth eləmişdi.  Rocer Ellers və Roba Minkoffanın möhtəşəm rejissoruluğu, Elton Conun musiqisi, sadə və eyni zamanda ovsunlayan əhvalat “Kral Şir”ə 1994-cü ilin ən büdcəli filmi olmağa imkan verdi.

“Qafqazinfo” xəbər verir ki, 2016-cı ildə “Disney” elan etdi ki, “Kral Şir”in rimeykini çəkməyə hazırlaşır, rejissor isə Con Favro (“Dəmir adam”, “Dəmir adam 2”, “Cəngəlliklər kitabı”) olacaq. Ceyms Erl Cons 25 il bundan əvvəl olduğu kimi Mufasanı səsləndirdi. Aktyor heyəti  ulduz axını ilə heyrətləndirir: Donald Qlover, Set Roqen, Beyonse, Con Oliver, Çivetel Eciofor... Filmin dünya premyerası iyulun 9-da Hollivudda keçirilib, Azərbaycanda isə tamaşaçılar bu filmi ayın 18-də görə biləcəklər. 

“Biz “Kral Şir”in nümayişinə 18 iyuldan başlayırıq. Həmin gün eyni zamanda IMAX, Dolby Atmos, LaseR и VIP zallarında cəmi 75 seans planlaşdırılıb”. – kinoteatrlar şəbəkəsinin piar meneceri Rüstəm Fətəliyev belə deyib.

O həmçinin bildirib ki, şəbəkə “Kral Şir”in xüsusi nümayişi üzərində işləyir. “Ayın 18-də Park Cinema Flame Towers kinoteatrında “Kral Şir”in premyerasına həsr olunmuş xüsusi axşam təşkil olunacaq. Qonaqları furşet, musiqi, sürprizlər və xüsusi nümayişlərimizi fərqləndirən bir çox başqa şeylər  gözləyir. Əminəm ki, bu nümayiş unudulmaz olacaq” – o, həmçinin qeyd edib.

Fətəliyevin sözlərinə görə artıq Park Cinemada bu cür tədbirlərin keçirilməsi üzrə təcrübə formalaşıb. “Biz çalışırıq ki, xüsusi nümayişlərimizi hər dəfə daha yaxşı edək və biz qonaqlarımızdan müsbət reaksiya aldığımıza görə şadıq” – Rüstəm Fətəliyev belə deyib.  

Saat 20.00-da başlayacaq axşamda iştirak etmək üçün ayın 18-dəki növbəti seanslardan birinə bilet almaq kifayətdir: 20:40 (Flame Towers, Martini zalı), 21:15 (Flame Towers, zal 2), 21:50 (Flame Towers, zal IMAX). Qeyd edək  ki, tamaşaçılar “Kral Şir”i IMAX formatında ancaq “Park Cinema” kinoteatrlar şəbəkəsində izləyə bilərlər.