Parlament bu dəfə də Paşinyanı baş nazir seçmədi

parlament-bu-defe-de-pasinyani-bas-nazir-secmedi
Oxunma sayı: 2656

Ermənistan parlamenti bu dəfə də Nikol Paşinyanı baş nazir seçməyib. 

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bu gün keçirilən xüsusi iclasda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan deputatların etimadını qazanmayıb. Bu səbəbdən də qanunvericiliyə əsasən, parlament avtomatik olaraq buraxılacaq. Səsvermənin nəticələrini açıqlayan parlament spikeri Ara Babloyanın sözlərinə görə, Paşinyanın lehinə və əleyhinə 0 deputat səs verib, 13 millət vəkili isə bitərəf qalıb. 

Aysel Kərimova