Parlament yenə də pensiyalara baxacaq

parlament-yene-de-pensiyalara-baxacaq
Oxunma sayı: 681

Növbədənkənar sessiyanın gündəliyinə Mülki Prosessual Məcəlləyə, Əmək Məcəlləsinə, “Əmək pensiyaları haqqında”, “Ölkədən getmək və ölkəyə gəlmək, pasportlar haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında”, “İcra məmurları haqqında” qanunlara dəyişikliklər edilməsi salınıb.

Sessiya müddətində deputatlar, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, eləcə də İnzibati və Cinayət Prosessual məcəllələrinə təklif olunan dəyişikliklərə də münasibət bildirəcəklər.