Parlamentdə bomba həyəcanı - İnsanlar təxliyyə edildi

parlamentde-bomba-heyecani
Oxunma sayı: 1525

Ekvador parlamentinin binasına bomba qoyulması barədə anonim məlumat daxil olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə parlament sədri Xose Serrano öz tvitter hesabında  yazıb.

“Ekvador Milli Assambleyasının binasında bomba təhlükəsi, insanlar təxliyyə olunub. Polisin minaaxtaran xüsusi bölməsi binanı yoxlayır”, - deyə spiker bildirib.

Polisin məlumatına görə, axtarışlar zamanı heç bir partlayıcı qurğu aşkar edilməyib.