Parlamentdə büdcə müzakirəsi davam etdirilir

parlamentde-budce-muzakiresi-davam-etdirilir
Oxunma sayı: 1737

Bu gün Milli Məclisin komitələrində 2019-cu ilin büdcə müzakirələri davam etdirilir.

“Qafqazinfo”nun xəbərinə görə, bu dəfə parlamentin İnsan hüquqları, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də, Gənclər və idman komitələri birgə iclasda büdcəni müzakirə edirlər.

İclasa vitse-spiker, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova sədrlik edəcək.

İclasa adıçəkilən komitələrin üzvləri ilə yanaşı, maliyyə naziri Samir Şərifov, həmçinin, digər nazirliklərin və dövlət qurumlarının rəhbər şəxsləri qatılacaqlar.

Qeyd edək ki, parlament komitələrində büdcə müzakirələrinə sabah yekun vurulacaq.

Günel Türksoy