Parlamentdə deputatlar yumruq davasına çıxdılar

parlamentde-deputatlar-yumruq-davasina-cixdilar
Oxunma sayı: 631

Belə ki, Milliyətçi Hərəkat Partiyasının (MHP) İğdırdan olan deputatı Sinan Oğan ilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ərzurum millət vəkili Muhyettin Aksak arasında dava düşüb. Davanı araya girən digər millət vəkilləri dayandırıb.

MHP-li millət vəkili danışmaq üçün kürsüyə çıxanda vəkil Sadıq Yaquta müraciətlə "Yemək yedik, əllərimizi belə yumağa fürsət tapmadıq. Baş nazirdən bu qədərmi qorxursunuz?" deyib. Hakim partiyanın millət vəkilləri isə Oğanın bu çıxışına reaksiya veriblər. Oğan isə yenidən sözə başlayıb. "Məsələ bölünmə layihəsi olanda səhərə qədər işləyirsiniz. Bizi də işləməyə məcbur edirsiniz. Amma şəhidlərimiz ilə qanun layihəsilə bağlı dəyişiklər olanda eyni həssaslığı göstərmirsiniz. İş gözləyən müəllimlərimiz var. Gəlin onlar üçün səhərə qədər işləyək".

Oğanın "Sizin üçün Ərdoğan qorxusu Allah qorxusundan belə öndədir. Bu hal nədir, ağlınızı başınıza yığın", deməsi isə gərginliyi daha da artırıb. Bundan sonra AKP millətvəkili Muhyettin Aksak Oğana söz atmağa başlayıb. Oğan Aksakın üstünə gedərək ona yumruq vurmağa çalışıb. Lakin araya girən başqa deputatlar münaqişənin qarşısını ala biliblər.

Bu zaman MHP və AKP-li deputatlar arasında qarmaqarışıqlıq yaranıb. Nəticədə TBMM vəkili Sadıq Yakut müzakirəyərə fasilə verib.

Gərginlik fasilədədə davam edib.