Parlamentdə mini yubkalı deputat

parlamentde-mini-yubkali-deputat
Oxunma sayı: 675

“Araqon parlamentə gələndə daha diqqətli geyinməlidir” tənqidlərinə cavab verən Milli Hərəkat Partiyasının (PAN) millət vəkili Xose Qonsales Morfin ölkə mətbuatını baş verənlərə daha müsbət reaksiya verməyə dəvət edərək gənc siyasətçini müdafiə edib.

Tənqidin hədəfində olan Demokratik İnqlab Partiyasının (PRD) üzvü Kristal Tovar Araqon isə özünü sosial şəbəkə saytı “Facebbok” səhifəsində müdafiə edib. “İstədiyimiz kimi geyinmək azadlığına sahibik. Bunun zəkamıza və qabiliyyətimizə heç bir təsiri yoxdur!”

Qeyd edək ki, siyasətə başladığı gündən K. T. Araqonun seksual geyimləri hər zaman ictimaiyyətdə müzakirə mövzusu olub. Gənc qadının belə geyinərək ölkədə zorakılıq hadisələrinin və cinayətlərin qurbanı olan ölkə sakinlərinə hörmətsizlik etdiyi iddia olunur.