Parlamentdə müzakirə başladı

parlamentde-muzakire-basladi
Oxunma sayı: 1744

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişiklik məsələsi parlamentdə birinci oxunuşda müzakirəyə çıxarılıb. 

“Qafqazinfo” xəbər verir ki, qanun layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. 

O qeyd edib ki, qanunun 29.2-ci maddəsində "Bir" sözünün  "Ad və ya rəqəm dəyişiklikləri ilə əlaqədar bir neçə normativ hüquqi aktlara dəyişikliklərin edilməsi və ya bir neçə normativ hüquqi aktın ləğv edilməsi zərurətinin yarandığı hallar istisna olmaqla, bir" sözünün ilə əvəz edilməsi təklif olunur. 

Qeyd edək ki, normativ hüquqi aktların hazırlanmasında səmərəliliyin artırılması, vaxt itkisinə yol verilməməsi və çevikliyin təmin edilməsi məqsədi ilə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa əsasən belə bir təklif edilib.

Günel Türksoy