Parlamentdə yumruq davası – Video

parlamentde-yumruq-davasi-video
Oxunma sayı: 634

Bu dəfəki davaya səbəb isə hakim partiya üzvü olan deputatlardan biri Aleksandr Yefremovun nitqini rusca ifadə etməsi olub. Millətçi "Azadlıq" partiyasının deputatı Oleq Tyanqibok onun rus dilində çıxışına etiraz edib. Əvvəlcə kiçik mübahisə ilə başlayan dava daha sonra yumruq davasına çevrilib. Lakin xoşbəxtlikdən qarşıdurma zamanı xəsarət alan olmayıb. Gərgin vəziyyətlə əlaqədər parlament də öz işini dayandırmalı olub.

Fasilə zamanı "Azadlıq" partiyasının üzvləri "ukraynalı" şüarları ilə hakim partiyaya etirazlarını bildiriblər.

Xatırladaq ki, 2010-cu ilin dekabr ayında Ali Radada yaranmış qarşıdurmalarda 6 deputat xəstəxanalıq olmuşdu.
Ukrayna parlamentində tez-tez yaranan qarşıdurmalara səbəb isə deputatların rusyönümlü və qərbyönümlü siyasət aparmaqla iki qütbə ayırılmasıdır. /anspress/