“Parlamentə hərbi qanunvericiliyə aid sənəd daxil olmayıb” – I vitse-spiker

parlamente-herbi-qanunvericiliye-aid-sened-daxil-olmayib-i-vitse-spiker
Oxunma sayı: 643

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov bildirib. Komitə sədri deyib ki, məlum olduğu kimi parlamentdə hərbi qanunvericiliklə bağlı bütün məsələlər ilk növbədə ona ünvanlanır: “Yəni belə bir sənəd parlamentə daxil olsaydı hamıdan əvvəl mənim xəbərim olardı. Bir daha bildirmək istəyirəm ki, bu günlərdə sözügedən məsələ ilə bağlı parlamentə heç bir sənəd daxil olmayıb və biz də təbii ki, bunu müzakirə etməmişik”.

Qeyd edək ki, dünən bir sıra mətbut orqanları Azərbaycanda hərbi xidmət yaşının 19 və ya 20-yə qaldırılması ilə bağlı silahlı birləşmələrə malik güc strukturları tərəfindən Milli Məclisə təklif göndərildiyini və bunun müsbət qarşılanmadığını yazmışdı.