Parlamentin komitəsi toplandı

parlamentin-komitesi-toplandi
Oxunma sayı: 652

İclasda «Avropa Landştaf Konvensiyası»nın təsdiq olunması məsələsinə baxılıb. “Qafqazinfo”nun məlumatına görə, Komitənin sədri Eldar İbrahimov bu konvensiyaya qoşulmağın Azərbaycan üçün əhəmiyyətli olduğunu vurğulayıb. Müzakirələrdən sonra sənəd təsdiq olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məlumat üçün bildirək ki, 4 fəsil 18 maddədən ibarət olan “Avropa Landştaf Konvensiyası” 2000-ci ilin oktyabr ayında Florensiyada imzalanıb. Konvensiyaya Avropa Şurasına üzv olan dövlətlər qoşulurlar, digər dövlətlər isə konvensiyaya qoşulmaqda sərbəstdirlər.

Fatimə Kərimli