Parlamentlərarası əməkdaşlıq genişlənir

parlamentlerarasi-emekdasliq-genislenir
Oxunma sayı: 661

Qeyd edək ki, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu 2006-cı ildən fəaliyyət göstərir və bugünkü görüş 2011-ci ilin may ayında Kanadada keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra Dostluq Qrupunun ilk iclasıdır. Azərbaycanın Kanadadakı səfirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, iclasda hakim Mühafizəkarlar Partiyasının üzvü Barri Devolin (Barry Devolin) Dostluq Qrupunun yeni sədri seçilib. Məlumat üçün bildirək ki, 2008-ci ildə B.Devolin Kanada parlamentinin nümayəndə heyətinin üzvü qismində Azərbaycanda səfərdə olub.
Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev də dostluq qrupunun iclasında iştirak edib. Görüş zamanı səfir F.Şəfiyev parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərinin inkişafı üçün faydalı olacağını qeyd edib. Səfir Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib.