Partiya sədri Argentinaya getdi

partiya-sedri-argentinaya-getdi
Oxunma sayı: 637

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, millət vəkili Argentinanın Beynəlxalq Əlaqələr Şurasının Buenos-Ayresdə təşkil etdiyi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş “Azərbaycan regional və qlobal siyasətdə” mövzusunda konfransda iştirak edəcək. O, sözügedən konfransda «Azərbaycanın inkişaf strategiyası» mövzusunda məruzə edəcək.

Millət vəkili səfər çərçivəsində Argentina Milli Konqresinin Təmsilçilər Palatasında, Senatında, bir sıra araşdırma mərkəzlərində görüşlər keçirəcək. O, həmçinin Argentinanın aparıcı KİV rəhbərləri ilə görüşərək, ölkəmizlə bağlı məlumatlar verəcək, onları maraqlandıran sualları cavablandıracaq.