Partiya sədri diplomatlarla görüşdü

partiya-sedri-diplomatlarla-gorusdu
Oxunma sayı: 629

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə AVP-nin tarixi, siyasi proseslərdəki rolu və mövqeyi, Azərbaycandakı mövcud siyasi durum, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Parlamentində qəbulu vacib olan bir sıra qanun layihələri haqqında müzakirələr aparılıb.
Fəzail Ağamalı qeyd edib ki, ABŞ-ın da həmsədr olduğu ATƏT-in Minsk Qrupu işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistana eyni möve sərgiləyir: “Bu isə yolverilməzdir. Və bu təkcə mənim deyil, bütün Azərbaycan xalqının mövqeyidir. Necə olur ki, Liviyaya qarşı BMT-də 1 qətnamə qəbul olunandan sonra bütün böyük dövlətlər ona qarşı hərbi əməliyyatlar aparır, amma BMT-də Ermənistana qarşı 4 qətnamənin qəbul olunmasına baxmayaraq bu qətnamələrin heç biri yerinə yetirilmir və heç bir dövlət Ermənistana təzyiq göstərmir ki, işğal etdiyi Azərbaycan torpaqlarını azad etsin”.
Daha sonra millət vəkili F.Ağamalı “Siyasi partiyalar haqqında qanun”un Milli Məclisdə qəbulunun vacibliyini önə çəkib.