Partiya sədrindən İhsanoğluna təklif

partiya-sedrinden-ihsanogluna-teklif
Oxunma sayı: 675

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, məktubda Q. Həsənquliyev İƏT-i növbədənkənar zirvə toplantısı keçirməyə çağırır: “Şübhəsiz ki, təcavüzkar Ermənistanı ayaq üstə saxlayan və mövcud status-kvonun qorunub-saxlanılmasına hərtərəfli dəstək verən ölkələrdən biri də İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu ilə iştirak edən Rusiyadır. Amma İƏT-in tam hüquqlu üzvləri olan müsəlman İranın və Türkiyənin, eləcə də digər müsəlman dövlətlərinin Ermənistanla iqtisadi əlaqələrinin getdikcə inkişaf etməsi də təcavüzkar dövlətin aqressiv davranışlarını stimullaşdıran əsas amillərdən biridir. Bu baxımdan hesab edirik ki, bu müqəddəs Ramazan günlərində İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə toplantısı çağırılmalı, bu toplantıda İran və Türkiyənin, eləcə də digər müsəlman dövlətlərinin Ermənistanla olan iqtisadi-ticari əlaqələrinə son qoyulması barədə məsələ müzakirəyə çıxarılmalıdır”.

Məktubda Q. Həsənquliyev İslam dinini haqqın və ədalətin yanında olanların, zülmə və təcavüzə məruz qalanları himayə edənlərin dini olduğunu vurğulayır və Ekmeleddin İhsanoğlunu Azərbaycan xalqının haqq işinə dəstək verməyə çağırır: “Azərbaycan xalqının haqq işinə dəstək vermək, zülmə, təcavüzə qarşı öz müsəlman qardaşlarıyla birgə dayanmaq isə hər bir müsəlmanın borcudur. Biz öz borcunu unutmayan bütün müsəlmanları, Tanrıya iman gətirən hər kəsi Azərbaycan xalqının haqq işinə dəstək verməyə cağırırıq”.

Fatimə Kərimli