Partiya sədrindən Ramazan təbriki

partiya-sedrinden-ramazan-tebriki
Oxunma sayı: 839



"Qafqazinfo" İqbal Ağazadənin təbrikini təqdim edir:

"Bütün müsəlmanları və xalqımızı Müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edirəm!

Bu müqəddəs ayın millətimizə, islam dünyasına, insanlığa xeyir gətirməsini, işğal altında olan torpaqlarımızın azad olmasını, xalqın azad, demokratik bir cəmiyyətdə xoşbəxt, firavan və əmin-amanlıq içərisində yaşamasını arzulayıram.

Qardaşlığın, sevginin, barışın doğulduğu bu ayda, bütün insanlar bir-biri ilə daha mehriban, qardaşlıq və dostluq içində olmalı, cəmiyyəti narahat edən problemlərin həllinə birgə səy göstərməlidir.

Bu gün ölkəmizin zəngin yeraltı və yerüstü sərvətlərinin olmasına baxmayaraq, günü-gündən artan sosial-iqtisadi çətinliklər, insan hüquq və azadlıqlarının pozulması, demokratik seçki mühitinin olmaması cəmiyyətdə bir gərginlik yaradıb. İstərdik ki, Müqəddəs Ramazan ayının başlanması münasibətilə hakimiyyət tərəfindən ölkədə ədalətli seçki mühitinin yaradılsın, demokratikləşmə istiqamətində ciddi addımlar atılsın, siyasi və vicdan məhbusları azadlığa buraxılsın.

Bu seçki öncəsi cəmiyyətə barış əhval-ruhiyyəsinin yaranması üçün səmərəli bir addım olardı".