Partiya sədrləri səfirə başsağlığı verdi

partiya-sedrleri-sefire-bassagligi-verdi
Oxunma sayı: 636

VİP-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, onlar böyük demokrat V. Havelin vəfatından kədərləndiklərini bildirib, VİP və ALP adından çex xalqına başsağlığı veriblər.

VİP və ALP sədrləri V.Havelin öz şəxsində prinsipial demokrat nümunəsi yaratdığını vurğulayaraq, onun ölümünü mütərəqqi dünya üçün böyük itki adlandırıblar. Partiya sədrləri böyük demokrat V.Havelin proqressiv ideallarının hər zaman yaşayacağına inamlarını da ifadə ediblər.

Ə.Əliyev və Ə.Temirxan daha sonra səfirlikdə açılmış başsağlığı kitabına V.Havelin vəfatı ilə bağlı qeydlərini yazıblar.