Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bəyanatda son günlər Xədicə İsmayılovaya qarşı aparılan kampaniya pislənilib: “Bunu Azərbaycanın milli mənəvi dəyərlərinə zidd addım, insanların özəl həyatına müdaxilə kimi qiymətləndiririk. Müvafiq hüquq-mühafizə orqanlarından bu hadisəni ciddi şəkildə araşdırmağı və günahkarların cəzalandırılmasını tələb edirik”.