Partiyadan boykot tələbi

partiyadan-boykot-telebi
Oxunma sayı: 690

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. İdarə Heyəti Fransa senatının qəbul etdiyi qanuna münasibət bildirib. KXCP 24 dekabr 2011-ci ildə qəbul etdiyi bəyanatın aktuallığını nəzərə alaraq bir daha vurğulayır:

“Fransa parlamentinin aşağı palatasının qondarma erməni soyqırımını tanımayanlara qarşı cəza tətbiq etmə “qərarı” Fransanın özünə və Avropa dəyərlərinə qarşıdır. Bu addım Fransanın antitürk olduğunun göstəricisidir.

577 üzvdən 50-sinin qatıldığı, onun da 38-nin dəstəklədiyi bu qurumun qərarını kəskin pisləyirik. Fransasayağı demokratiya öz daxili işləridir deyirik.

Tarixi bilmək, bilməyənlərə öyrətmək, öyrənmək istəməyənləri isə siyasi-iqtisadi sanksiyalarla- mövcud metodlarla cəzalandırmaq gərəkdir.

KXCP Türkiyə Cümhuriyyətinin bu istiqamətdə atdığı bütün addımları dəstəkləyir. Azərbaycan-Fransa münasibətlərinin mövcud siyasi reallıqlara uyğun olmadığını pisləyir. Azərbaycan XİN-nin bəyanatı Türkiyə Cümhuriyyətinin mövqeyini müdafiə deyil, Fransanın “qəbul etdiyi qərarı” dolayısıyla təqdir etməkdir.

KXCP təklif edir :

- Bu yaxınlarda Sarkozi tərəfindən Fransanın legion ordeni ilə təltif edilmiş hörmətli Mehriban xanım Əliyeva etiraz əlaməti olaraq ordendən imtina etsin.

KXCP Azərbaycan hakimiyyətindən tələb edir:

- Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun fəaliyyətinə xitam verilsin.
- Azərbaycanın tələbiylə Fransa ATƏT-in Minsk qrupu həmsədrliyindən çıxarılsın - Türkiyə Cümhuriyyəti həmsədrliyə gətirilsin.
- Azərbaycan ilə Fransa arasında olan iqtisadi, siyasi mədəni münasibətlərə və əlaqələrə son verilsin.

Bütün bu tədbirlər Azərbaycan-Türkiyə birliyinin möhkəmliyi və Azərbaycan problemlərinin həlli yolunda mühüm addım olacaqdır.

- 2015-ci ilə qədər Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında birgə fəaliyyət üçün tədbirlər planı hazırlansın.
- Azərbaycanda fəaliyyət göstərən bütün Fransa şirkətlərinin - başda “Tofal” olmaqla fəaliyyətlərinə son verilsin.
- Fransanın son fəaliyyəti dünyada xristian-islam savaşının- yeni siyasi səlib yürüşünün bariz göstəricisidir.
- Bütün Fransa malları boykot edilsin”.

İdarə Heyətinin toplantısında 29 yanvar 2012-ci ildə keçiriləcək KXCP Ali Məclisinin sessiyasının gündəlik layihəsi də müzakirə edilib.