Partiyanın şöbə müdiri Avropaya getdi

partiyanin-sobe-mudiri-avropaya-getdi
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, səfərin məqsədi Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqram ilə əlaqədar məsələləri müzakirə etmək və proqram ölkələrindəki vəziyyəti araşdırmaqdır. Səfər zamanı Vüqar Adıgözəlov Hollandiyanın hakimiyyətdə olan partiyasının parlament üzvləri ilə də görüşəcək. Bundan sonra o, Avropa İttifaqı Parlament Assambleyasında görüşlərini davam etdirərək, ittifaq ölkələrinin millət vəkilləri ilə görüşəcək. Görüşlərdə Azərbaycanda mövcud vəziyyət və Avropa ilə mümkün iş birliyi müzakirə ediləcək. Eyni zamanda Ümid Partiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Brüsseldə gənc siyasi aktivistlər üçün təşkil olunmuş Siyasi Akademiyada da iştirak edəcək. Səfər sentyabrın 15-nə qədər davam edəcək.

Fatimə Kərimli