“Qafqazinfo” Fanat.az-a istinadən xəbər verir ki, UEFA komandamızın oyununu çex referiyə tapşırıb.
Belə ki, sentyabrın 20-də baş tutacaq “Partizan” – “Neftçi” qarşılaşmasında Libor Kovarik fit çalacaq. Belqarddakı “Partizan” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.
Qeyd edək ki, 1976-cı il təvəllüdlü Kovarik 2006-cı ilin yanvar ayından FİFA referisi statusu daşıyır.