Partladılan məsciddən fotolar

partladilan-mescidden-fotolar
Oxunma sayı: 1640

Xəbər verdiyimiz kimi, Pakistanın cənub-şərqində yerləşən Ketta şəhərində məscidə hücum olunub.

“Dawn” qəzetinin məlumatına görə, hadisə zamanı 20 nəfər yaralanıb, 5 nəfərdən çox insan dünyasını dəyişib. Ölənlər arasında məscidin axundu da var. 

"Qafqazinfo" xəbər verir ki, Pakistan KİV-lərində hadisənin baş verdiyi məscidin fotoları yayılıb. Şəkillərdən göründüyü kimi, ibadət evi yararsız hala düşüb.