“Partlama təhlükəsi olsa da, qarşısı alındı” - Yanğının fəsadları ağır ola bilərdi

partlama-tehlukesi-olsa-da-qarsisi-alindi
Oxunma sayı: 2757

"Yanğın lokallaşdırılıb, soyutma tədbirləri davam etdirilir. Yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı REAL-a açıqlamasında deyib.

O bildiirb ki, hadisə yerinə 3 helikopter, onlarla yanğınsöndürən maşın, yüzlərlə canlı qüvvə cəlb edilib:

"Yanğın ərazisində xüsusi boya maddələri var idi ki, onların partlama təhlükəsi var idi, hansı ki fəsadlara səbəb ola bilərdi. Onların qarşısı alındı. İnsan üçün həyati təhlükə yoxdur. Ərazi 3000kv.m-dən çox 5 mərtəbəli ticarət mərkəzidir. Ərazi böyükdür. Yanğın sürətlə getdiyi üçün bütün operativ müdaxiləyə baxmayaraq artıq ticarət mərkəzinin böyük bir hisəsi yanaraq məhv olub. Saat 08:13 radələrində yanğınla bağlı məlumat daxil olub. İlkin olaraq yanğının dərəcəsi 1-ci dərəcəli olub, sonradan məlum olub ki, yanğının dərəcəsi 3-cü dərəcəlidir. İlkin ehtimalı açıqlaya bilməyəcəyik. Aidiyyatı üzrə araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək. Güman edirəm ki, belə obyetklərdə yanğının mühafizəsi ilə bağlı qurğular olub".