Partlayışda Mossad izindən yazılır

partlayisda-mossad-izinden-yazilir
Oxunma sayı: 648

Britaniyanın "The Guardian" qəzetinin yazdığına görə, bunu vaxtilə ölkənin müdafiə sistemində yüksək vəzifə tutmuş iranlı məmur bildirib.

İsrail xüsusi xidmət orqanlarının bu insident ilə əlaqəsinin mümkünlüyü versiyası daha öncə də səslənmişdi. Ancaq İran hakimiyyəti onu qətiyyətlə rədd edib və təkidlə hərbi bazada baş verən partlayışın texniki nasazlıqla bağlı olduğunu bildirib.

Qeyd edək ki, İran son iki ildə dəfələrlə İsraili bütün mümkün cinayətlərdə, eləcə də iranlı nüvə alimlərinin zərərsizləşdirilməsində ittiham edib.

"Mən zənn edirəm ki, şənbə günü baş verən partlayış İsrailin İrana qarşı apardığı gizli müharibənin bir hissəsi olub", deyə mənbə qeyd edib.

Bununla bərabər "The Times" qəzetində anonimliyi saxlamaq şərti ilə Qərb kəşfiyyatının nümayəndələrindən biri İran hərbi bazasının partlayışının arxasında "Mossad"ın dayandığını bildirib.

ANS PRESS